London derbisini “Arsenal” qazandı: Lamela qəhrəmandan anti-qəhrəmana çevrildi – VİDEO
İngiltərə Premyer Liqasının XXVIII turu London derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, “Arsenal” öz meydanında “Tottenhem”lə qarşılaşıb.
Oyunda hesabı qonaqlar açıb. Erik Lamela 33-cü dəqiqədə fərqlənib.
11 dəqiqə sonra Odeqaard oyunda tarazlığı bərpa edib və ilk hissə bu hesabla yekunlaşıb.
Fransalı Lakazet 64-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının əzmkar qələbəsini rəsmiləşdirib.
“Tottenhem”in heyətində isə Erik Lamela 69 və 76-cı dəqiqələrdə ardıcıl iki sarı vərəqə alaraq meydan qovulub və bir anda komandasının anti-qəhrəmanına çevrilib.
Oyundan maraqlı anları təqdim edirik: