Karate millimiz İstanbuldan dörd medalla qayıdır
Karate millimiz pandemiya səbəbindən bir il sonra qatıldığı Premyer Liqa yarışından dörd medalla qayıdır.
Oxu.Az-ın xəbərinə görə, Türkiyənin İstanbul şəhərində keçirilən ilin ilk yarışında komandamız bir gümüş və üç bürünc medal qazanıb.
Kata millimiz, II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı (+84 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün bürünc medala sahib çıxıb.
I Avropa Oyunlarının qızıl medalçısı Firdovsi Fərzəliyev (-60 kq) isə türkiyəli Eray Şamdana 0:1 uduzaraq gümüş medalla kifayətlənib.
Səbuhi Musayev