Hikmət Hacıyev: “Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” - VİDEO



 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər.

Media orqanı və QHT-lərin rəhbərlərini, bloqerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.