“Magnus Carlsen Invitational”: Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Teymur Rəcəbovdan heç-heçə



 

Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ilk oyunlarını keçiriblər.

Oxu.Az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışda Levon Aronyanla qarşılaşma ilə debüt edib.

Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib.

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.

Zaur Xudiyev