Braziliyalı hakim futbol meydançasında ehtiyacını ödədi – FOTO/VİDEO
Braziliyada ölkə kubokunun 1/64 mərhələsi çərçivəsində keçirilən “Boavişta” – “Qoyas” oyunu öncəsi matçın baş hakimi ədəbsiz hərəkəti ilə yadda qalıb.
“Eurosport” məlumat verir ki, insident “Elsir Resende” stadionunda qeydə alınıb.
Oyunun baş hakimi matç başlamazdan öncə geyimini soyunmadan meydançadaca təbii ehtiyacını ödəyib. Onun bu hərəkəti kameraların obyektivinə tuş gəlib.
Video internetdə sürətlə yayılıb və futbol azarkeşləri tərəfindən qınanıb.
#CopaDoBrasil | ¿Pensabas que lo habías visto todo? No.
— En el VAR (@EnElVar) March 12, 2021
Denis Da Silva Ribeiro, arbitro central del encuentro se orinó en el medio del campo de juego pic.twitter.com/yYrWJCdtyV