Sabiq FIFA referisi sabah karyerasını bitirəcək



 

Bəynəlxalq dərəcəli hakim Orxan Məmmədov Azərbaycan Premyer Liqasının sabah keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə baş hakim kimi meydana çıxacaq. 

Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən O.Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.

Xatırladaq ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FIFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.