İlkay Gündoğan Premyer Liqada ayın futbolçusu seçilib
“Mançester Siti”də forma geyən türkəsilli futbolçu İlkay Gündoğan İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
“Haber Global”ın məlumatına görə, müvafiq qərar Premyer Liqanın rəsmi saytında yerləşdirilib.
30 yaşlı yarımmüdafiəçi Bruno Fernandeş, Cessi Linqard kimi futbolçuları geridə qoyaraq bu ada layiq görülüb.
Yanvardan sonra fevralda da ayın oyunçusu seçilən İlkay “Mançester Siti”nin bu adı iki dəfə ardıcıl qazanan ilk futbolçusu olub.