“Qalatasaray”ın sabiq futbolçusu “Neftçi”nin oyunçusuna dəvət göndərdi



 

“Neftçi”nin futbolçusu Mamadu Kan növbəti dəfə Qvineya millisindən dəvət alıb.

Oxu.Az xəbər verir ki, vaxtı ilə “Qalatasaray”da çıxış etmiş Qvineya millisinin baş məşqçisi Didye Siks 2022-ci ilin əvvəlində Kamerunda keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Mali (24 mart) və Namibiya (28 mart) ilə oyunları üçün 23 futbolçuya dəvət göndərib.

Onların arasında “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kan da var.

Qeyd edək ki, Qvineya millisinin kapitanı “Liverpul”un futbolçusu Nəbi Keytadır.

Səbuhi Musayev