Zaxarova: “Azərbaycan Ordusunun təlimləri bölgədəki təhlükəsizlik üçün risk yaratmır”
“Azərbaycan Silahlı Qüvvələrinin martın 15-dən 18-dək keçiriləcək əməliyyat-taktiki təlimləri planlı xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır”.
TASS agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi növbəti brifinqdə deyib.
“Hərbi təlimlər, adətən, bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır.
Bizdə olan məlumatlara görə, hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.