Bakıda narkotacirdən iki kiloqram heroin aşkar edildi



 

Bakının Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən iki kiloqram heroin aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub.

Onun üzərindən iki büküm, yaşadığı evdən isə əlavə olaraq iki kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.