Qar ikinci dəfə Tovuzda futbol matçına mane oldu - FOTO



 

Bu gün səhər saatlarından Azərbaycan ərazisinə düşən qar futbol üzrə I divizionun bir oyununun təxirə salınmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionu qarla örtülüb.

Aparılan son araşdırmalardan sonra XVII turun “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub. Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qar cari mövsüm Tovuzda ikinci dəfə matçın keçirilməsinə mane olur. Daha əvvəl XIII turun “Turan Tovuz” – “Sumqayıt-2” matçı 52-ci dəqiqədən etibarən yarımçıq dayandırılmışdı. Bu matç 23 martda qaldığı yerdən davam etdiriləcək.