PSJ-nin prezidenti söz verdi: “Neymar və Mbappe həmişəlik komandada qalacaq”



 

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalında rəhbəri olduğu klubun “Barselona”nı turnirdən kənarlaşdırılmasını şərh edib.

Klub prezidentinin fikirlərini “RMC Sport” dərc edib.  

“1/4 finala çıxdığımız üçün fəxr edə bilərik. Dörd il əvvəl “Barselona”ya qarşı oyunlarda baş verənləri unutmuşam. Möhtəşəm “Barselona”nı turnirdən kənarlaşdırdıq. Bunun üçün xoşbəxtik”, - deyə Nasser Əl-Xəlafi bildirib.

Funksioner ulduz futbolçuları Neymar və Kilian Mbappenin komandadakı gələcək taleyi barədə də danışıb:

“Onlar PSJ-nin oyunçusudur və həmişəlik komandada qalacaq”.