Azərbaycan Premyer Liqasının yeganə əcnəbi baş məşqçisi qovuldu - RƏSMİ
“Sabah”ın baş məşqçi postunda dəyişiklik edilib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Baş məşqçinin səlahiyyətləri müvəqqəti olaraq onun köməkçisi Ramin Quliyevə həvalə edilib.
Qeyd edək ki, Visente Qomes ötən ilin yayından “Sabah”ın baş məşqçisi idi və Azərbaycanda səkkiz Premyer Liqa klubu içərisində yeganə əcnəbi çalışdırıcı olub. Komanda onun rəhbərliyi altında çıxış etdiyi matçlardan sonra Azərbaycan Premyer Liqasında sonuncu idi.