Azərbaycan çempionatının sonuncusu Seneqalla oyuna çağırıldı - FOTO



 

“Sabah” klubunun Konqo əsilli fransalı futbolçusu Kevin Kubemba millisinə çağırılıb.

Oxu.Az xəbər verir ki, Konqo millisinin yeni baş məşqçisi Bartelemi Nqatsono cari mövsüm “Sabah”da beş qol vurmuş 27 yaşlı hücumçuya da dəvət göndərib.

Açıqlanan 31 nəfərlik heyət 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Seneqalla ev (26 mart) və Qvineya-Bisau ilə səfər (30 mart) matçları üçün çağırılıb.

Qeyd edək ki, Kevin Kubemba ilk dəfə Azərbaycana 2018-ci ildə “Səbail” üçün gəlib. O, 2019-cu ildə “Sabah”a keçib. Onun müqaviləsi “Sabah”la bu il başa çatacaq. “Sabah” hazırda Azərbaycan Premyer Liqasının sonuncusudur.

Səbuhi Musayev