Azərbaycanda Novruz ərəfəsində əfv sərəncamı gözlənilir



 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

“Report”un komissiyadan əldə etdiyi məlumata görə, qurumun daha iki iclasının da keçirilməsi nəzərdə tutulur.

Komissiyadan bildirilib ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.