Polad Bülbüloğlu: “Atamın evini öz hesabıma bərpa edəcəyəm”
“Təbii ki, dahi Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, atamın evidir”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur:
“Bir də hamı bilir ki, bunu Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur”, - deyə P. Bülbüloğlu vurğulayıb.
Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib:
“Layihə təsdiq olunan kimi atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm”.