Avropa Liqasında “erkən final” - AFİŞA



 

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, gecənin ən maraqlı görüşü “Old Traford” stadionunda olacaq. İki tarixi ənənəsi olan klub – “Mançester Yunayted”lə “Milan” bu dəfə qitənin birinci dərəcəli turniri olan Çempionlar Liqasında yox, Avropa Liqasında üz-üzə gələcək. Bu üzdən bu matçı “erkən final” adlandıranlar da var. İngiltərəki görüşdə “Milan”ın isveçli ulduzu Zlatan İbrahimoviç əzələsindəki zədə səbəbindən sabiq komandasına qarşı oynaya bilməyəcək.

Ötən mövsüm “Arsenal”ı Avropa Liqasından uzaqlaşdırmış “Olimpiakos”un bu dəfə güclü rəqibinə qarşı Pirey şəhərində hansı sürpriz hazırladığı maraq doğurur.

Avropa Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

21:55 “Slaviya” (Çexiya) – “Reyncers” (Şotlandiya)

21:55 “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)

21:55 “Dinamo” (Ukrayna) – “Vilyareal” (İspaniya)

21:55 “Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)

00:00 “Qranada” (İspaniya) – “Molde” (Norveç)

00:00 “Totenhem” (İngiltərə) – “Dinamo” (Xorvatiya)

00:00 “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)

00:00 “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.