“Mançester Siti” rəqibini darmadağın etdi
İngiltərə Premyer Liqasının 33-cü turunun təxirə salınmış “Mançester Siti”-“Sauthempton” görüşü keçirilib.
Çempionatın lideri rəqibinə aman verməyib və doğma meydanda 5:2 hesabı ilə qalib gəlib.
“Şəhərlilər”in heyətində Kevin de Brüyne və Riyad Mahrez düblla yadda qalıblar. Daha bir qolu isə İlkay Gündoğan öz aktivinə yazdırıb.
Beləliklə də, Pep Qvardiolanın komandası inamla növbəti çempionluğuna doğru irəliləyir. Hazırda “Mançester Siti” ikinci pillədə qərarlaşan və ehtiyatda bir oyunu olan “Mançester Yunayted”i 14 xallıq fərqlə qabaqlayır.
“Sauthempton”a gəlincə, klub 33 xalla 14-cü yerdədir.