Həyası və əxlaqı olmayan milliyəti də olmur...



 

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

Martın 8-də Bakının mərkəzində özünü feminist adlandıran, ancaq siyasi və sosial mənsubiyyəti şübhə doğuran qadınların etiraz aksiyası Azərbaycan cəmiyyətindəki bir sıra məqamları yenidən aktuallaşdırdı. Qadın hüquqlarının müdafiəsi adı altında keçirilən bu təbdirdə zərif cincin nümayəndələrinin davranışları və danışıq tərzləri bu insanların əsil mahiyyətini biruzə verdi.

“Qadına şiddətə yox” devizi bu gün Azərbaycan cəmiyyətində hamının prinsipial mövqeyidir, dövlət bu məsələdə özünün kəskin mövqeyini bəyan edibdir. Azərbaycan tolerant ölkədir və hər kəsin, o cümlədən qadınların hüquq və azadlıqları, bütün sahələrdə sərbəst fəaliyyəti geniş təmin edilibdir. Respublikamızın qadınları inkişaf edir, Qərbin müsbət keyfiyyətlərinin mənimsəyir, elm və mədəniyyət sahələrində bu yenilikləri tətbiq edirlər.

Ancaq bəziləri Qərb dəyərlərini tam tərsinə anlayaraq əxlaq və milli dəyərlər sistemini tamamilə unudur, beynəlmiləlçiliyi özlərinin dar düşüncəsinə uyğun formada təzahür etdirirlər. 8 Mart aksiyası da qadın azadlığının deyil, bəzi mənəviyyatsızların həyat tərzinin, davranışının göstərisi idi. Aksiyadakılar Azərbaycan qadınına yaraşmayan əxlaq və etik davranış tərzləri ilə qadınlarımızın minilliklər boyu formalaşmış adət və ənənələrinə həqarət və milli kimliyimizə qarşı dönüklüyünü nümayiş etdirdilər.

feminist

Aksiyada və sosial şəbəkələrdə özünün natəmiz yerlərini reklam edən, əxlaqsız statuslarla qadınlığa ləkə olan bu adamcığaza qoşulmaq bizim qadınlarla yaraşırmı? Onun getdiyi əxlaqsız yolda birgə olmaq qızlarımıza utanc gətirmirmi?

Azərbaycan xalqının milli qeyrət simvollarından biri, Milli qəhrəmanız Mübariz İbrahimovu dəfələrlə aşağılayan, antimilli davranışları, yüngül əxlaqı və erməni sevdası ilə sosial şəbəkələrdə təxribatlarla məşğul olan ero-ulduz Nərmin Şahmarzadənin arxasınca qaçan bəzi qadın və qızlarımızı anlamaq çətindir. Porno videoları ilə məşhurlaşan Xədicə İsmayılın, digərlərinin əsas rol aldığı aksiyada iştirak edən qız və qadınlarımızın ataları, anaları onların düşdüyü bu mühitə baxıb heçmi xəcalət çəkmirlər? Onların valideynləri bu qədərmi milli hissiyatsız, vətən və dövlət təəssübünü unutmuş insanlardır ki, övladlarını belə bir siyasi əyyaş və meyxoş xanımcığazların ardınca getmələrinə imkan verirlər.

Bu aksiyaya haqq qazandıran, öz çirkin siyasi məqsədləri üçün istifadə edən və polisin həqiqi mənada vicdan və ləyaqətlə əxlaqsız bir asayişin qarşısını almasını az qola zorakılıq kimi qiymətləndirən Əli Kərimlilərin milli-mənəvi dəyərlərə yanaşması budurmu? Ehtiraslarını qəzəb və zorakı hərəkətlərlə çıxaran bu kiçik aqressiv qrupun yüngül həyat tərzinə haqq qazandıran Əli Kərimli və digərləri demək ki, öz ailələrinin, yaxınlarının bu qadınlarla bir addımlamasını da rəva bilər, onların milli ailə modelinə, qadına və əxlaqa münasibəti budursa, vay halllarına.

Dünyanın bir çox ölkəsində feministlərin aksiyası keçirilir, qanunsuz olsa belə bu cür aksiyalarda dövlətin və millətin vüqarını aşağılayan, xalqın milli hisslərini təhqir edə biləcək hərəkətlərə demək olar ki, yol verilmir. Azərbaycanda nə ondan, nə bundan olan bu əxlaq sahibləri isə ədəbsizliyin, tərbiyəsizliyin və mənəviyyatsızlığın şousunu təşkil etməklə nə qədər cılız və yazıq olduqlarını göstərdilər. Onların Azərbaycan Qadını adına ümumiyyətlə aidiyyatı yoxdur. Azərbaycan Qadını şərəf və ləyaqət mücəssəməsidir, əxlaq və tərbiyə, mənəvi dəyərlərin daşıyıcısıdır. Nərminlər Azərbaycanlı ola bilməz, Qadın ola bilməz. Xanımlıq onların genetikasına yaddır. Onların heç birinin milli-dini dəyərlərə və Azərbaycanın Ailə institutuna dəxli yoxdur.

Əxlaqsız şüarlar səsləndirən bu qadınlar əslində dünyada feminizm hərəkatının adına da ləkə gətirdilər. Görünür onlara Ermənistanda LGBT-çilərin təşkil etdiyi gey-paradlar qol-qanad verib. Aksiyaya qoşulanlar, erotik şüarlar qaldıranların cins tərkibi də maraq doğurur: Müxtəlif cinsi azlıqlar, “mavi”lər, “çəhrayı”lar, LGBT-nin bütün ünsürləri. Onlar qadın hüquqlarının müdafiəçiləri deyil, LGBT ehtiraslarına aludə olmuş siyasi oyuncaqlar hesab edilə bilərlər. Onların xaricdən müxtəlif separatçı, dini-etnik qruplaşmalar, çirkin siyasi qruplar və digər sabitliyə və milli birliyə təhlükə olan qüvvələrin maliyyələşdirdiyi qrant layihəsinin tərkib hissəsi olması heç də sirr deyil.

Beləliklə, LGPT-nin bu duyğusalları 8 Mart paradları ilə bir daha xaricdən gələn rüzgarın axınında siyasi və sosial sifarişlərin vasitəçisi kimi fiziki və bioloji vasitə olduqlarını nümayiş etdirdilər.