Pirlo məğlubiyyəti şərh etdi: “Problemimizin olduğunu düşünmürəm”
Ötən gecə İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasının 1/8 final mərhələsində “Portu”ya məğlub olaraq turnirdə iştirakını dayandırıb.
Turin klubunun baş məşqçisi Andrea Pirlo oyundan sonra məğlubiyyəti şərh edib.
“Bu oyunu unudub növbəti matçlara yaxşı əhval ruhiyyədə hazırlaşmaq üçün bir neçə günə ehtiyacımız olacaq. Başa düşməliyik ki, hələ mart ayıdır və A Seriyasının turnir cədvəlində daha yüksək pilləyə yüksəlmək üçün vaxtımız var”, - 41 yaşlı mütəxəssis “Football Italia” nəşrinə müsahibəsində bildirib.
A.Pirlo “Portu”ya məğlubiyyəti şərh edərkən qeyd edib ki, komandası oyuna yaxşı başlayıb:
“Alvaro Moratanın yaratdığı təhlükəli vəziyyətdən sonra qol vura bilmədik, daha sonra qapımıza penalti təyin edildi. Oyunun əvvəlində problemimizin olduğunu düşünmürəm. “Portu”nun belə oynayacağını bilirdik. İlk dəqiqələrdən qol vursaydıq, oyun fərqli olardı. Qol buraxanda oyunun məcrası dəyişir”.