Teymurla Şəhriyarın son iki rəqibi bilindi - FOTO



 

13-22 mart tarixlərində keçiriləcək şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun daha iki rəqibinin adı məlum olub.

Oxu.Az xəbər verir ki, bunlar argentinalı Alan Piçot və isveçli Nils Qrandeliusdur.

Onlar müvafiq olaraq Aryan Tari (Norveç) və Maks Varmerdama (Niderland) qalib gələrək 220 min dollar mükafat fondu olan “Magnus Invitational” turnirində iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, digər iştirakçılar bunlardır: Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), Vesli So, Nikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan) və Əlirza Firuzca (FIDE).

Yarışa martın 13-ü Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Səbuhi Musayev