Taekvondoçular bir illik fasilədən sonra yarışa qatıldılar: Fəridə Əzizova aparılmadı



 

Taekvondo üzrə millimiz bir illik fasilədən sonra ilk beynəlxalq yarışına çıxıb. Həmin yarış İstanbulda keçirilən ənənəvi “Turkish Open” turniridir.

Oxu.Az-ın Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevdən əldə etdiyi məlumata görə, yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

Komandamız 11 kişi və 1 qadın idmançı ilə qardaş ölkədə yarışır.

Kişilər: Bəhruz Quliyev (-54 kq), Pərviz İsgəndərov (-58 kq), Qasım Aslanov, Xanoğlan Kərimov (hər ikisi -63 kq), Cavad Ağayev, Yaşar Babayev (hər ikisi -68 kq), Ayxan Tağızadə (-74 kq), Səid Quliyev (-80 kq), Milad Beiqi, Taleh Süleymanov (hər ikisi -87 kq), Radik İsayev (+87 kq)

Qadın: Patimat Abakarova (-53 kq).

Qadın millimizin aparıcı üzvlərindən olan Fəridə Əzizova isə zədələndiyi üçün İstanbula aparılmayıb.

Qeyd edək ki, “Turkish Open”da böyüklərin yarışı bu gün start götürüb və martın 12-si başa çatacaq. Yarışın yarımfinal və final görüşləri Türkiyənin “TRT Spor 2” telekanalında canlı yayımlanacaq.

Səbuhi Musayev