Ceyhun Bayramov: “Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib”



 

Azərbaycanla Macarıstan nümayəndə heyətləri arasında strateji tərəfdaşlıq əsasında fikir mübadiləsi aparıldı. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər sürətlə inkişaf edir. 
Nazirin sözlərinə görə, Macarıstan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 

“Xüsusilə Dağlıq Qarabağ münaqişəsi davam edən müddətdə Macarıstan Azərbaycanı dəstəkləyib”, - deyə C.Bayramov əlavə edib. 

Aqşin Kərimov