Çavuşoğlu: “Türkiyə şirkətləri Xəzərdəki neft və qaz yataqlarının işlənməsində əməkdaşlığa hazırdır”
Türkiyə şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığa hazırdır və bu istiqamətdə niyyətimiz də tərəflərə çatdırılıb.
Bu sözləri Türkmənistan və Özbəkistan səfərləri barədə “TRT Haber” nəşrinə danışan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandundan bəhs edərkən deyib.
“Buradan çıxacaq qaz və neftin hazırda fəaliyyətdə olan boru xətləri vasitəsilə Türkiyəyə çatdırılmasından söhbət gedir. Əməkdaşlıq üçün hər cür imkan var”, - deyə M.Çavuşoğlu bildirib.