Erlinq Holan Çempionlar Liqasında dörd rekorda imza atdı
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Holan Çempionlar Liqasında dörd fərqli rekorda imza atıb.
Bu barədə “Milliyət” xəbər yayıb.
Bildirilir ki, o, 20 qola ən az oyunda çatan futbolçu olub. 20 yaşlı norveçliyə bunu etmək üçün lazım olub. Əvvəl bu titul “Tottenhem”in hücumçusu Harri Keynə məxsus idi (24 matç).
Holan bundan başqa 20 qol vuran ən gənc futbolçu, ardıcıl dörd oyunun hər birində iki qol vuran ilk futbolçu, ardıcıl altı oyunda qol vuran ən gənc futbolçu kimi rekord qırıb.
Xatırladaq ki, dünən futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Mərhələnin ilk oyun günündə Almaniyanın “Borussiya” (Dortmund) klubu doğma meydanda İspaniya “Sevilya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qələbəyə sevinmişdilər.
Bu görüşdə isə məhsuldar heç-heçə (2:2) qeydə alınıb.