Dortmundda qol dueli: Halandın dublu “Borussiya”nı növbəti mərhələyə çıxardı



 

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. 

Mərhələnin ilk oyun günündə Almaniyanın “Borussiya” (Dortmund) klubu doğma meydanda İspaniya “Sevilya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qələbəyə sevinmişdilər.

Bu görüşdə isə heç-heçə qeydə alınıb. Norveçli “vunderkind” Erlinq Halandın dublu komandasınının qələbəsinə kifayət etməyib. Qonaqların heyətində En Nesri də dubl edərək əndəlüslüləri məğlubiyyətdən xilas edib.

Bununla belə, ilk oyunda qələbə qazanan almanlar növbəti mərhələyə yüksəliblər.

UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

9 mart

“Borussiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya) - 2:2
Qollar:
Haland, 35; 54 – En Nesiri, 69-pen., 90+6

Dortmund, “Siqnal İduna Park”.

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
(ilk oyun - 3:2)