Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış - VİDEO



 

Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib.

“Report” xəbər verir ki, 30 yaşlı qapıçı ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.

Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi meydana daxil olaraq, yeri silmək istəyib.

Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.

Qeyd edək ki, az öncə başa çatan oyunda millimiz qələbə qazanıb - 5:3.