Karateçilərimizin iştirak edəcəyi Olimpiya lisenziyalı yarış təxirə salındı
Mərakeşin paytaxtı Rabatda keçirilməli olan karate üzrə Premyer Liqa yarışı təxirə salınıb.
Oxu.Az xəbər verir ki, yarış pandemiya səbəbindən 29-31 oktyabra keçirilib.
Bu səbəbdən də bu yarışın əvəzinə Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Premyer Liqa yarışı Olimpiadaya lisenziya xalları verəcək. Bu yarış 30 aprel - 2 may tarixlərində baş tutacaq.
Qeyd edək ki, Rabat Premyer Liqa yarışı 9-11 apreldə baş tutmalı idi.
Onu da bildirək ki, karate yarışları bir illik fasilədən sonra bu ay Türkiyənin İstanbul şəhərində baş tutacaq. 12-14 mart tarixlərində keçiriləcək Premyer Liqa yarışında millimiz də iştirak edəcək.
Səbuhi Musayev