Qətər – Azərbaycan matçının ünvanı dəyişdi



 

DÇ-2022-nin seçmə mərhələsində müsabiqədənkənar iştirak edən Qətər milli komandasının yığmamızla oyununun yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, martın 27-də Avstriyanın paytaxtı Vyanada baş tutmalı olan görüş Macarıstanın Debretsen şəhərinə keçirilib.

UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Debretsendəki “Nadyerdei” stadionunda keçiriləcəyi qeyd olunub. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Məkanın dəyişdirilmə səbəbi pandemiya ilə əlaqədar Avstriyada səfər məhudiyyətlərinin tətbiq olunmasıdır.

Qeyd edək ki, komandamız bu matçdan üç gün əvvəl İtaliyanın Turin şəhərində Portuqaliya millisi ilə seçmə mərhələyə start verəcək.

Səbuhi Musayev