“Qəbələ” – “Səbail” oyununun baş hakimi dəyişdirildi - SƏBƏB
Azərbaycan Premyer Liqasının XIX turunun bu gün keçiriləcək “Qəbələ” - “Səbail” oyununun baş hakimi dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Hakimlər komitəsindən verilən məlumata görə, Rəhim Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək. Onu Mingəçeviri təmsil edən referi Rəşad Əhmədov əvəzləyəcək.
Qeyd edək ki, “Qəbələ” - “Səbail” matçı saat 15:00-da başlayacaq.