İtaliyalı azarkeşlər rus futbolçunu məsxərəyə qoydular
Son oyunda zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan İtaliyanın “Fiorentina” klubunun rusiyalı hücumçusu Aleksandr Kokorin azarkeşlərin hədəfinə tuş gəlib.
REN TV xəbər verir ki, “Fiorentina” klubunun azarkeşləri “Twitter”də futbolçunu məsxərəyə qoyublar.
Onlar futbolçunun zədələnməsinə “O, kürü yeyəndə zədə alıb”, “Onun ancaq virtual aləmdə oynaması lazımdır” kimi şərhlər yazıblar.
Qeyd edək ki, A.Kokorin “Fiorentina”ya Moskvanın “Spartak” klubundan transfer olunub.
Florensiya təmsilçisi bu keçid üçün “Spartak”a 4,5 milyon avro pul ödəyib.