AFFA Ukraynadan daha bir futbolçuya elçi düşdü - FOTO
AFFA daha bir futbolçunu milliləşdirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Ukrayna Premyer Liqasında çıxış edən “Mariupol” klubunun 18 yaşlı yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycanın gənclərdən ibarət (U-21) millisində çıxış edə bilər. Bunun üçün AFFA qarşı tərəfə müraciət edib. Ukraynada “Dinamo”, “Dnepr”, “Arsenal” və “Şaxtyor”da futbolun sirlərinə yiyələnmiş oyunçu isə fikirləşmək üçün vaxt istəyib.
Qeyd edək ki, martın sonlarında millimizin Portuqaliya, Qətər və Serbiya ilə matçlarında Ukraynanın “Minay” klubunda çıxış edən Azərbaycan əsilli iki futbolçu – Anatoli Nuriyev və Rüstəm Əhmədzadə debüt edə bilər. Onları izləmək üçün millimizin italyan baş məşqçisi Canni De Byazi “Minay”ın ötən ay Türkiyədə keçirdiyi təlim-məşq toplanışını izləməyə gedib.
Həmçinin, millimizdə üç oyun keçirmiş “Minay”ın qapıçısı Andrey Popoviçin də yenidən yığmamıza qayıdışı mümkündür. Ölkəmizdə “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan Tovuz”, “Qəbələ”, Türkiyədə “Tavşanlı Linyitspor” kimi klublarda forma geyinmiş 29 yaşlı Popoviç “Minay”da daimi forma geyinəcəyi halda, millimizdən yenidən dəvət ala bilər.
Səbuhi Musayev