“Qarabağ”ın legioneri vurduğu iki qoldan danışdı



 

“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı. Çalışmalıyıq ki, yüksələn xətlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib.

Azərbaycan Premyer Liqasının ötən turunda “Qəbələ”yə 3:0 qalib gəldikləri oyunda dubl etmiş xorvatiyalı mərkəz yarımmüdafiəçisi oyun barədə danışıb:

“Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.

Qeyd edək ki, “Qarabağ” hazırda turnir cədvəlində “Neftçi” ilə eyni xalla liderliyi bölüşürlər.