İlk milyarder idmançı ağır qəzadan sonra yaddaş pozğunluğu yaşayır - FOTO/VİDEO
Çoxsaylı sınıq və bir neçə əməliyyatla nəticələnən ağır qəzadan sonra amerikalı qolfçu Tayqer Vuds yaddaş pozğunluğu yaşamağa başlayıb.
Bu barədə “The New York Post” xəbər verib.
Bildirilir ki, hüquq mühafizə orqanları xəstəxanada Vuds ilə söhbət edərkən ondan qəzanın necə baş verdiyini soruşublar.
İdmançı nəinki qəzanı, ümumiyyətlə sükan arxasına necə oturduğunu xatırlamadığını bildirib. Bundan əlavə, o, qəzadan əvvəl, qəza zamanı və sonra başına gələnləri unudub.
Qeyd edək ki, Tayqer Vuds fevralın 23-də yolsuzluq maşınında qəzaya düşüb və ağır travmalar alıb. İdmançını çıxarmaq üçün xilasedicilər onun avtomobilini doğramalı olublar.
Çoxsaylı sınıqlar alan və bir neçə əməliyyatdan keçən qolfçunun hazırda şüuru yerindədir və palataya keçirilib.
Vuds “Major” turnirinin 15 qat qalibidir. Ümumilikdə, karyerası boyunca o, 82 PGA Turu və 40 Avropa Turu qazanıb. Amerikalı ilk milyarder idmançı sayılır. Amma o, vəsaitinin çox hissəsini turnirlərdə iştirakdan deyil, reklam müqavilələrindən qazanıb.