General: “İrəvan xəritəni verməsə, Qarabağdakı bu proses uzanacaq” - VİDEO
Ermənistan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritəsini verməsə, bölgənin minalardan təmizlənməsi müddəti iki dəfə uzana bilər.
Bunu ARB24-ün “İş vaxtı” verilişində açıqlama verən türkiyəli general Yücel Karauz deyib.
O bildirib ki, xəritə veriləcəyi təqdirdə, bölgədə 6 ay ərzində təhlükəsizlik təmin olunacaq:
“Minalanmış ərazilərin xəritəsi veriləcəyi təqdirdə, məqsədimiz aparılacaq axtarış fəaliyyətini 6 ay ərzində tamamlamaq və bölgəni yaya qədər təhlükəsiz vəziyyətə gətirmək olacaq. Əgər bu xəritələr verilməsə, proses 1 və 1.5 ilə qədər uzana bilər”.