“Bu, ciddi zərbədir, amma son deyil” - Yurgen Klopp
“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp “Çelsi”yə məğlubiyyətdən sonra (1:0) mətbuata açıqlama verib.
Bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, “Liverpul” son altı oyunun beşində meydanı məğlub tərk edib.
“Məsələ “Enfild”də deyil, problem ümumidir. Həlledici vəziyyətlərdə daha yaxşı davranmalı, bacarıqlarımızı nümayiş etdirməliyik. Biz həmişə buna nail ola bilmirik. Bu, ciddi zərbədir, amma son deyil”, - deyə, Y. Klopp qeyd edib.
Məlumat üçün qeyd edək ki, hazırda “Liverpul” 43 xal toplayaraq turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb.