Milli Qurtuluş Partiyası YAP-a birləşir



 

Milli Qurtuluş Partiyası (MQP) hakim Yeni Azərbaycan Partiyasının tərkibinə qatılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə MQP-nin beşinci qurultayında qərar verilib.

Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə YAP-a qoşulması təşəbbüsü ilə çıxış edib.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul olunub.