AFFA-da Mərakeş səfiri ilə görüş olub



 

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarşı qəbul edib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, görüş milli assosiasiyanın inzibati binasında baş tutub.

Hər iki tərəf futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanlarını müzakirə edib.