Sahil Babayev İlham Məhərrəmovu təbrik etdi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmovu Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı almağı münasibətilə təbrik edib.
Məktubda qeyd edilir:
“Ölkəmizdə idmanın kütləviləşməsi və inkişafı, gənclərin bütün sahələrdə olduğu kimi idman sahəsində də öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün lazımi şəraitin yaradılması həmişə xalqımızın ümumilli lideri Heydər Əliyevin xüsusi diqqət yetirdiyi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti müasir idman infrastrukturunun yaradılması, olimpiya ideyalarlarının geniş təbliğ olunması, paytaxtımızda və bölgələrdə yeni müasir tipli stadionların, olimpiya idman komplekslərinin və digər idman qurğularının tikilməsi nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlarının keçirildiyi məkana çevrilib.
İdmançılarımızın olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda qazandıqları mükafatlar bir daha sübut edir ki, Azərbaycan artıq bir idman ölkəsi kimi dünya ölkələri sırasında öz layiqli yerini tuta bilib.
Sizi təbrik edir işlərinizdə uğurlar arzu edirik”.
Qeyd edək ki, “Boccia İdman Federasiyası” yarandığı gündən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daim qayğı və diqqəti göz önündədir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İ.Məhərrəmov Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.