Millimizin qapıçısı zədələndi



 

Sabah Bakı İdman Sarayında növbəti oyununa çıxacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Oxu.Az xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən braziliyalı legionerlər – Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub.

Millimizin ikinci qapıçısı sayılan Emin Kürdov zədələnib. Onu Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə bu futzalçıların xidmətindən istifadə edəcək:

Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov

Sahə oyunçuları: Bolinya, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vasoura, Əmir Şocai, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Əhmədi, Eduardo Borqes.

Qeyd edək ki, millimizin Moldova ilə oyunları martın 4-ü Bakıda və həmin ayın 9-u Kişinyovda keçiriləcək.