Rusiyanın kikboksinq üzrə dünya çempionatını keçirməyinə icazə vermədilər
2021-ci il Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Kikboksinq üzrə dünya çempionatı baş tutmayacaq.
Bu barədə Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası məlumat yayıb.
Qadağa Rusiyaya qarşı tətbiq olunan dopinq sanksiyaları ilə əlaqədardır.
Qeyd olunur ki, qərar İdman Arbitraj Məhkəməsi tərəfindən verilib.
Turnirin keçirilməsi 5-14 Noyabr 2021-ci il tarixinə təyin edilmişdi.