Məşhur futbolçu: “Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm”
Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klıubunun futbolçusu Pol Poqba xeyriyyəçiliyin şəxsi həyatı üçün nə qədər əhəmiyyət kəsb etdiyindən danışıb.
27 yaşlı yarımmüdafiəçinin fikirlərini “Soccerbible” nəşri dərc edib.
“Xəstə bir uşaq gördükdə ona bir mesaj göndərərək kömək etməyə çalışırsınız. Bu, kiçik bir şeydir, eyni zamanda bir uşağın həyatını yaxşılığa doğru dəyişdirə bilər.
Belə məqamda təsirli olmaq imkanım var. Buna görə də mən bunu xeyir üçün istifadə etməliyəm. Mümkün olduqca insanlara kömək etməliyik, çünki zaman keçir. Bu gün mən Pol Poqbayam, amma sabah heç kiməm”, - futbolçu bildirib.