“Bavariya” uğursuzluq zolağından darmadağınla çıxdı - VİDEO
Almaniya Bundesliqasının XXIII turunda “Bavariya” “Köln”ü qəbul edib.
Oyun münhenlilərin qalibiyyəti ilə yekunlaşıb.
Çempionatdakı son iki oyunda qalib gələ bilməyən, “Arminiya” ilə heç-heçə edib, “Ayntraxt”a uduzan “Bavariya” geridönüşünü darmadağınla qeyd edib – 5:1.
Münhenlilərin heyətində Levandovski və Qnabrinin dubla imza atdığı oyunda Çupo-Motinq bir qolla yadda qalıb. “Köln”ün heyətində isə Skiri təsəlli qoluna imza atıb.
Hazırda 52 xalı olan “Bavariya” turnir cədvəlindəki liderliyini davam etdirir.