İngiltərədə hakimlər oyunda buraxdıqları səhvlərə görə cərimə ödəməli olacaqlar



 

İngiltərə Premyer Liqasında futbol oyunlarını idarə edən hakimlər oyunda yol verdikləri səhvlərə görə cərimələnə bilərlər.

Bu barədə “Daily Mail” agentliyi xəbər yayıb.

Məlumatda qeyd olunur ki, bu cərimələrin məbləği 58 min avroyadək (təxminən 119 min manat) ola bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında baş hakimlər 126 min avrodan 138 min avroya qədər maaş alırlar.

Lakin buraya bonuslar da əlavə olunarsa və maaşın məbləği 198 min avroya qədər yüksələ bilər.

Bunun üçün İngiltərə çempionatında oyunu idarə edən hakimlər hər oyun üçün müvafiq xallar toplamalıdırlar.  

Xallar 0-dan 10-dək hesablanır.

Balı 8,4-ə çatan hakimlər mövsümün sonunda 198 min avro məbləğə sahib çıxa bilərlər.