Portuqaliya yığmasının və “Portu”nun qapıçısı vəfat edib



 

Portuqaliyanın “Portu” həndbol komandasının qapıçısı Alfredo Kintana ürək dayanması nəticəsində vəfat edib.

Sports.ru portalının məlumatına görə, 32 yaşlı idmançının ürəyi Çempionlar Liqası çərçivəsində Belarusun “Meşkov Brest” kollektivinə qarşı oyunöncəsi məşq zamanı dayanıb.

Portuqaliyalı xəstəxanaya çatdırılıb. Həkimlər onu tibbi koma vəziyyətinə salıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 45 dəqiqə ərzində davam edən tibbi müdaxilə cəhdlərinə baxmayaraq, Kintana vəfat edib.

Qeyd edək ki, mərhum “Portu” klubu ilə yanaşı, həm də həndbol üzrə Portuqaliya milli komandasının qapıçısı olub.