Avropa Liqasında 1/8 finalın iştirakçılarının adına aydınlıq gələcək



 

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.

Oyunlardan yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə saat 00:00-da start götürəcək.

Maraqla gözlənilən qarşılaşmalardan biri Yunanıstanda baş tutacaq. Ellada ölkəsində nominal meydan sahibi qismində “Arsenal” Portuqaliya nəhənglərindən olan “Benfika”nın müqavimətini qırmağa çalışacaq.

Həmçinin ilk oyunları heç-heçə başa çatan “Milan” – “Srvena Zvezda”, “Lester” – “Slaviya” matçlarının nəticəsi də maraqla gözlənilir.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55 “Ayaks” (Niderland) – “Lill” (Fransa)

İlk oyun – 2:1

21:55 “Şaxtyor (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail)

İlk oyun – 2:0

21:55 “Napoli” (İtaliya) – “Qranada” (İspaniya)

İlk oyun – 0:2

21:55 “Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç)

İlk oyun – 3:3

21:55 “Vilyareal” (İspaniya) – "Zalsburq” (Avstriya)

İlk oyun – 2:0

21:55 “Reyncers” (Şotlandiya) – “Antverpen” (Belçika)

İlk oyun – 4:3

21:55 “Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya)

İlk oyun – 1:1

00:00 “Brüqe” (Belçika) – “Dinamo” (Ukrayna)

İlk oyun – 1:1

00:00 PSV (Niderland) – “Olimpiakos (Yunanıstan)

İlk oyun – 2:4

00:00 “Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 3:4

00:00 “Dinamo” (Xorvatiya) – “Krasnodar” (Rusiya)

İlk oyun – 3:2

00:00 “Roma” (İtaliya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 2:0

00:00 “Lester” (İngiltərə) – “Slaviya” (Çexiya)

İlk oyun – 0:0

00:00 “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 2:2

00:00 “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)

İlk oyun – 4:0

Qeyd edək ki, 1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Dünən İngiltərədə Avstriyanın “Volfsberq” komandasını 4:0 hesabı ilə məğlub edən İngiltərənin “Totenhem” klubu iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti mərhələyə yazdırıb.