“Fənər”in əfsanəsi Türkiyəyə qayıda bilər



 

Bu yaxınlarda baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayıran Türkiyənin “Yeni Malatyaspor” klubu bu vəzifəyə “Fənərbağça”nın əfsanəsini gətirmək istəyir.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Klubun prezidenti Adil Gevrek Aleks de Souzanın hazırda baş məşqçi postuna namizədlərindən biri olduğunu qeyd edib. O, bildirib ki, “Fənər”in əfsanəsi ilə hələlik danışıqlar getmir, lakin şərtləri qəbul edərsə komandaya rəhbərlik edə bilər.