Ceyhun Bayramov: “Azərbaycan - Türkiyə birliyi ən yüksək səviyyədədir”



 

Azərbaycan - Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf etməkdədir.

Bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

“Dövlət başçılarının bilavasitə iştirakı ilə bu münasibətlər günbəgün inkişaf edir. 44 günlük vətən müharibəsi dövründə Azərbaycan dövləti və Azərbaycan xalqı bütün sahələrdə Türkiyənin birmənalı dəstəyini gördü. Hesab edirik ki, Azərbaycan - Türkiyə birliyi ən yüksək səviyyədədir. Böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdim ki, üçtərəfli bəyanat əsasında imzalanmış və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.

Nazir həm də 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycan - Türkiyə iqtisadi müasibətlərində cüzi azalma olduğunu da qeyd edib. 

“19 fevral 2021-ci il tarixində Ankarada keçirilən hökumətlərarası iqtisadi əməkdaşlıq komitəsinin iclası və bütün istiqamətlər üzrə inkişaf perspektivlərinin müzakirə edilməsi, 53 bənddən ibarət yeni protokolun imzalanması qısa müddət ərzində əlaqələrimizin inkişafını daha da sürətləndirəcək”, - deyə nazir bildirib.