Millimiz seçmə mərhələni qələbə ilə başa vurdu
Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
AFFA-nın saytı xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri Moldova seçməsini qəbul edib.
“ASK Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.
Qrupun digər qarşılaşmasında İspaniya Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.