“Napoli” rəhbərliyi Qattuzo və yetirmələrinə qadağa qoydu
İtaliya çempionatının 23-cü turunda “Atalanta”ya məğlub olan Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” klubunun rəhbərliyi gözlənilməz qərar verib.
Bu barədə “Football Italia” məlumat yayıb.
Komandanın futbolçuları və baş məşqçisinə yaxın vaxtlarda müsahibə vermək qadağan edilib.
Qeyd edək ki, “Napoli” bütün turnirlərdə keçirilən son 10 qarşılaşmada altı dəfə məğlub olub.